Əsas Səhifə > Dünya > İncirlik bazası ABŞ üçün nə deməkdir? - ƏN BÖYÜK NÜVƏ ANBARI...

İncirlik bazası ABŞ üçün nə deməkdir? - ƏN BÖYÜK NÜVƏ ANBARI...


19-12-2019, 16:34

 

Şəffaflıq.az xəbər verir ki, Ərdoğanın İncirlik bazasının bağladıla biləcəyi barəsindəki açıqlaması ABŞ-dan Yunanıstana, Almaniyadan İsrailə qədər bütün dünya mediasındə baş xəbərə çevrilib. Dünya mətbuatı bazanın ABŞ üçün strateji baxımdan əhəmiyyətindən və oradakı nüvə bombalarından yazıb.

Açıqldığı 1954-cü ildən bəri ciddi mübahisələrə səbəb olan İncirlik Hava Bazası Adana şəhərinin mərkəzindən 13 km məsadə yerləşir. Hava bazasının tikintisi 1951-ci ildə ABŞ Mühəndislik qrupu adlanan briqada tərəfindən başladılmışdı.

İlkin mərhələdə İncirlik bazasında ABŞ Hava Qüvvələrinin fövqəladə vəziyyətlərdə yerləşməsi, bombardman zamanı hərbi təyyarələrin təmir işlərinin aparılması nəzərdə tutulurdu.

Ancaq 1980-ci illərdən sonra bazada yenilənmələr aparılıb. Amerika mənbələri hazırda burada 2500 nəfərə qədər ABŞ hərbçisinin olduğunu bildirirlər.

Burada keçirilən hərbi əməliyyatlar NATO çərçivəsində olduğu zaman bazada başqa ölkələrin də hərbçiləri yerləşdirilir.

Bazada bir türk bölüyü də var. Mülki şəxslərin gördükləri bəzi işlər üçün Türkiyə vətəndaşları da cəlb olunur. İncirlik bazasındakı hərbçilərin ailələri də əlavə edildikdə, bazanın minlərlə sakininin olduğu bəlli olur.

Bazanın içərisində uçuş-eniş zolağı, təlim meydanı və komandanlıq mərkəzi kimi sahələrlə yanaşı, burada xidmət edən zabitlərin məskənləri də yerləşir.

Burada ABŞ restoran zəncirləri, Amerika mallarının satıldığı böyük supermarketlər, basketbol və beysbol meydanları da var. Bazada xidmət edən hərbçilərin ailə üzvləri istisna olunmaqla, mülki şəxslərin buraya daxil olması üçün xüsusi icazə almaları lazımdır.

İncirlik bazasının hüquqi statusu ilə bağlı indiyə qədər beş dəfə beynəlxalq müqavilə imzalanıb.

Hazırda qüvvədə olan saziş ABŞ ilə Türkiyə arasında 1980-ci ildə imzalanıb, “Müdafiə və İqtisadi Əməkdaşlıq Müqaviləsi” (SEİA) adlanır.
İncirlik bazasında ABŞ-la yanaşı, Almaniya və Hollandiya kimi bəzi NATO ölkələrinin də hərbçiləri xidmət edir. Bazada Almaniyanın 200 nəfərdən artıq hərbçisi var – onlar Tornado qırıcılarının Suriyda mühaşidə vəzifələrinə və İŞİD-ə qarşı koalisiyanın təyyarələrinə yanacaq dolduqmaq işlərinə görə məsuldurlar.

İncirlik bazası bir yandan ABŞ ilə Türkiyənin müttəfiqlik əlaqələrinin ən mühüm ünsürlərindən biridir, digər tərəfdən isə hər iki ölkənin bir-birilərinə qarşı diplomatik bazarlıqlarda istifadə elədikləri ən mühüm kartlardan biridir.

ABŞ 1970-ci illərin ortalarında Türkiyəyə silah embarqosu tətbiq eləmək qərarı verdiyi zaman Ankara buna İncirlik ilə cavab verdi. Türkiyə sərhədləri içərisində ABŞ-ın istifadə elədiyi bazaları bağladı və onlara nəzarəti Türkiyə Silahlı Qüvvələrinə verdi. 1978-ci ilin sentyabr  ayında ABŞ Konqresinin Türkiyəyə qarşı embarqonu ləğv eləməsi və yenidən hərbi yardım eləməyə başlamasından sonra baza normal fəaliyyətinə geri dönüb. Elə həmin ildə iki ölkə arasındakı hərbi əlaqələrin təməlini qoyan yeni əməkdaşlıq müqaviləsi (SEİA) ilə bağlı danışıqlar da başlanıb.
1990-1991-ci illərdəki Birinci Körfəz Müharibəsində baza ABŞ qüvvələri üçün mühüm rol oynayıb. Burada yerləşən 140 təyyarə ilə İraqın şimalındakı quru qüvvələrinə dəstək verildi. ABŞ ordusuna görə, şimalda aparılan əməliyyatlar İraqın qüvvələrinin şimal ilə cənub arasında bölünməsinə səbəb oldu və Çöl Fırtınası əməliyyatında ABŞ-a kömək elədi. Körfəz müharibəsi zamanı Səddam Hüseynin malik olduğu Scud raketlərinə qarşı İncirlikdə Patriot hava müdafiəsi sistemləri quruldu. 1991-ci ilin fevralında müdafiə sisteminə daxil olan bir Patriot raketi atıldı və bu da Adanada həyacan siqnallarının işə düşməsinə səbəb olub. ABŞ ordusu o dövrdə bu raketin səhvən atıldığını bildirmişdi. NATO-nun müdafiə planları çərçivəsində istifadə edilməsi nəzərdə tutulsa da, İncirlik  bu günə qədər daha çox ABŞ-ın hərbi əməliyyatlarında istifadə edilib.
İlkin dövrlərdə Adana Hava Bazası adlandırılan İncirlikdən 1955-ci ildə ABŞ Hava Qüvvələrinin meteroloji tədqiqatlarında hava balonlarının enib-qalxması üçün, daha sonra isə SSRİ-ni izləmək üçün hazırlanmış U-2 casus təyyarələri üçün istifadə edildi.

1960-cı ilin may ayında bir U-2 casus təyyarəsinin SSRİ tərəfindən raketlə vurulmasından sonra bu əməliyyat da dayandırıldı.

1958-ci ildə prezident Eyzenhauerin təlimatı ilə Livan böhranına müdaxilə üçün bazaya hərbi təyyarələr yerləşdirildi. O vaxtlar Livanın prezidenti olan Kamil Nimr Şamun vətəndaş müharibəsinə aparan müxalif qüvvələri yatırtmaq üçün ABŞ-dan hərbi dəstək istəmişdi.
Soyuq müharibə dövründə daha çox kəşfiyyat məlumatları toplamaq məqsədilə fəaliyyət göstərən baza SSRİ-nin yıxılmasından sonra ABŞ hərbi əməliyyatlarında istifadə edilməyə başladı.

I Körfəz Müharibəsində Şimali İraqdakı Amerika qüvvələrinə hava dəstəyi buradan göndərilmişdi. 2003—cü ildə İraqın işğalı zamanı hazırlanın layihənin Türkiyə Böyük Millət Məclisi tərəfindən rədd edilməsindən sonra İncirlikdən yalnız logistika dəstəyi məqsədilə istifadə edildi.
11 sentyabr hadisələrindən sonra başladılan Əfqanıstan əməliyyatı çərçivəsində bu bazadan humanitar yardım göndərildi. Pakistan zəlzələsi zamanı da buradan humanitar yardımlar göndərildi. 2006-cı ildəki Livan-İsrail döyüşləri zamanı Livandakı ABŞ vətəndaşları bu baza vasitəsi ilə köçürüldü.

2014-cü ildə ABŞ İŞİD terror təşkilatına qarşı hava əməliyyatlarına başlayandan sonra 2015-ci ilin iyul ayında Türkiyə bu əməliyyat çərçivəsində İncirlik bazasından istifadə edilməsinə icazə verdi.

İncirlik bazası ABŞ üçün niyə əhəmiyyətlidir?

Soyuq müharibənin başa çatmasından sonra NATO-nun cənub qanadının keçmiş strateji əhəmiyyətini itirdiyi barəsində açıqlamalar verilməyə başlamışdı. Lakin Yaxın Şərqdəki hadisələr bu bazanın strateji əhəmiyyətinin yenidən güclənməsinə səbəb oldu. Hazırda İncirlik İŞİD ilə mübarizə çərçivəsində aparılan əməliyyatlar baxımından ən mühüm yerlərdən biridir.

İncirlik bazası xüsusilə coğrafi mövqeyi ilə ABŞ-ın Yaxın Şərq regionundakı əməliyyatları üçün maliyyə və zaman baxımından mühüm avantajlar verir.

İncirlik bazasında nüvə silahı varmı?

Bu sahədə rəsmi açıqlama verilmir. Lakin NATO-nun Türkiyədə taktiki silahlar saxlaması da ekspertlər tərəfindən səsləndirilən və hələlik təkzib edilməyən iddialar arasındadır. “Nyu-Yorker” (New Yorker) jurnalında dərc edilmiş bir məqalədə deyilir: “İncirlik bazasında NATO-nun ən böyük nüvə silahı anbarı yerləşir”.

Nüvə silahları məsələsində dünyanın ən güclü mütəxəssislərindən sayılan ABŞ Alimləri Federasiyasının Nüvə İnformasiyası Layihəsinin direktoru Hans M. Kristensenin fikrincə, İncirlik bazasında yerin altında yerləşən  anbarlarda təqribən 50 ədəd B-61 hidrogen bombası saxlanılır.
İngiltərənin “Qardian” qəzetinin xəbərində isə Almaniya, İtaliya, Belçika, Hollandiya və Türkiyədə ümumilikdə 180 ədəd B-62 bombasının olduğu bildirilmişdi.
Geri qayıt