Əsas Səhifə > ELM VƏ TƏHSİL > Şərqşünas alimlər beynəlxalq elmi konfransda çıxış ediblər

Şərqşünas alimlər beynəlxalq elmi konfransda çıxış ediblər


7-10-2024, 15:10


Oktyabrın 5-də  Regional İnkişaf İctimai Birliyi və Neftçala Heydər Əliyev Mərkəzinin təşkilati dəstəyi ilə Neftçala şəhərində AZLİNG 2024 - "Azərbaycan dili və müasir dilçilik: problemlər, perspektivlər və çağırışlar" adlı beynəlxalq elmi konfrans keçirilib.

Şəffaflıq.az xəbər verir ki,konfransda AMEA-nın akademik. Z.M.Bünyadov adına Sərqsünaslıq İnstitutunun əməkdaşları - fil.ü.f.d, dos. Xanımzər Kərimova “Dialektologiyanın əsas terminləri”, fil.ü.f,d., dos. Günay Verdiyeva “Azərbaycan və fars dillərinin terminoloji sisteminə bir baxış (tipoloji dilçilik kontekstində)”, t.ü.f.d., dos. Sübhan Talıblı “Məhəmmədtağı Zehtabinin əsərlərində Azərbaycan dilinin tədqiqi məsələləri”, fil.ü.f.d. Sevinc Nuriyeva “Şumer və türk dillərinin oxşarlığı ilə bağlı məsələlər”, ped.u.f. Lalə Mikayılzadə “Şifahi dilin öyrədilməsində ana dilinin rolu”, baş mütəxəssis Aynur Qasımova “Ünsiyyətimizin qeyri-verbal forması”, kiçik elmi işçi Gülnar Quliyeva “Füzuli şeirində qırmızı rəngin linqovopoetik funksiyası”, böyük laborant Günay Əliyeva “Tipolojoi dilçilik kontekstində  Azərbaycan dilinin tədqiqi”adlı məruzələri ilə çıxış ediblər. Konfrasın sonunda məruzə edənlərə sertifikatlar təqdim olunub.

Vüqar Məmmədov,

AMEA-nın Şərqşünaslıq İnstitutunun
 ictimaiyyətlə əlaqələr üzrə məsul əməkdaşı,

filologiya üzrə fəlsəfə doktoru 


Geri qayıt