Əsas Səhifə > REGİON > Ermənistan XİN: Moskvada Bayramovla Mirzoyanın görüşü planlaşdırılmır
Ermənistan XİN: Moskvada Bayramovla Mirzoyanın görüşü planlaşdırılmır7-10-2024, 12:25 |
Moskvada Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramovla Ararat Mirzoyan arasında görüşün keçirilməsi planlaşdırılmayıb. Şəffaflıq.az Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan məlumat verib. "Azərbaycanın xarici işlər naziri ilə ayrıca görüş nəzərdə tutulmayıb", - o bildirib. Qeyd edək ki, Moskvada MDB Dövlət Başçıları Şurasının iclası ərəfəsində bu gün Birliyin Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək. Geri qayıt |