Əsas Səhifə > REGİON > Qazaxıstanda bunkerdə faciə, ölənlər var
Qazaxıstanda bunkerdə faciə, ölənlər var7-10-2024, 12:09 |
Qazaxıstanın Kostanay vilayətinin Rudnıy şəhərində 4 işçi ölüb. Şəffaflıq.az Qazaxıstan KİV-inə istinadən xəbər verir ki, bu barədə vilayətin Fövqəladə Hallar Departamenti məlumat yayıb. Onların dərinliyi 5 metr olan bunkerdə təmizləmə işləri apardıqları bildirilib. “Fövqəladə Hallar Departamenti, polis və təcili tibbi yardım xidmətinin əməkdaşları dərhal hadisə yerinə gəliblər. Xilasedicilər işçilərin meyitlərini bunkerdən çıxarıblar”, - məlumatda qeyd olunub. Hadisənin baş vermə şəraiti müəyyənləşdirilir. İşçilərin ölüm səbəbləri hələlik məlum deyil. Vilayət prokurorluğu polisin ibtidai araşdırmaya başladığını bildirib. Geri qayıt |