Əsas Səhifə > Hadisə > Gədəbəydə evdə partlayış olub, gənc qadın xəsarət alıb
Gədəbəydə evdə partlayış olub, gənc qadın xəsarət alıb7-10-2024, 09:33 |
Gədəbəy rayonunun Parakənd kəndində vanna otağında qaz sızmasından partlayış olub. Şəffaflıq.az-ın məlumatına görə, hadisə nəticəsində 1996-cı il təvəllüdlü A.Cəfərova ağır yanıq xəsarətləri alıb. O, əvvəlcə Gədəbəy Mərkəzi Rayon Xəstəxanasına, sonra Gəncədə yerləşən xəstəxanlaradan birinə aparılıb. A.Cəfərovanın vəziyyəti ağır qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır. Geri qayıt |