Əsas Səhifə > FUTBOL > "Qarabağ" Azərbaycan Premyer Liqasında növbəti qələbəsini qazanıb.

"Qarabağ" Azərbaycan Premyer Liqasında növbəti qələbəsini qazanıb.


Dünən, 23:52


"Qarabağ" Azərbaycan Premyer Liqasında növbəti qələbəsini qazanıb.

Şəffaflıq.az xəbər verir ki, IX turun bağlanış oyununda səfərdə "Sumqayıt"la qarşılaşan Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv minimalhesablı qələbəyə sevinib.

Yeganə qolu 74-cü dəqiqədə Elvin Cəfərquliyev meydan sahiblərinin qapısından keçirib.

Ağdam təmsilçisi 21 xalla turnir cədvəlinə başçılıq edir. "Sumqayıt" isə 7 xalla səkkizinci sırada qərarlaşıb.

Qeyd edək ki, turun əvvəlki matçlarında "Kəpəz" "Neftçi"ni 4:3, "Səbail" "Şamaxı"nı 2:0, "Turan Tovuz" isə "Zirə"ni 1:0 hesabı ilə məğlub edib. "Sabah" - "Araz-Naxçıvan" oyunu isə heç-heçə yekunlaşıb - 1:1.


Geri qayıt