Əsas Səhifə > XARİCİ XƏBƏR > HƏMAS komandirinin İsrailin zərbələri zamanı öldürüldüyünü təsdiqləyib

HƏMAS komandirinin İsrailin zərbələri zamanı öldürüldüyünü təsdiqləyib


5-10-2024, 09:43


Fələstinin HƏMAS hərəkatının hərbi qanadı olan “Al-Kassam” briqadaları İsrailin İordan çayının qərb sahilindəki Tulkarm şəhərində eyniadlı qaçqın düşərgəsinə endirdiyi zərbə nəticəsində komandirlərindən birinin öldürüldüyünü təsdiqləyib.

Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, hərbi qanad itki üçün yas saxlayır. Onlar həmçinin hava hücumu nəticəsində daha 7 döyüşçünün öldürüldüyünü bildiriblər.

Oktyabrın 4-də İsrailin Müdafiə Ordusu ölkənin Baş Təhlükəsizlik Xidməti ilə birlikdə HƏMAS-ın Tulkarmdakı qruplaşmasının rəhbəri Zahi Yasir əl-Razake Ufini öldürüb. İsrail ordusunun verdiyi məlumata görə, Fələstin “İslami cihad” hərəkatının yüksək vəzifəli üzvü Cit Raduan da İsrailin hava hücumu nəticəsində həlak olub. İordan çayının qərb sahilində fəaliyyət göstərən Həmas və İslami Cihad hərəkatlarından ümumilikdə 7 döyüşçü öldürülüb.

Şəffaflıq.az


Geri qayıt