Əsas Səhifə > İdman > Azərbaycan güləşçisi Qazaxıstanda beynəlxalq turnirda bürünc medal qazanıb

Azərbaycan güləşçisi Qazaxıstanda beynəlxalq turnirda bürünc medal qazanıb


5-10-2024, 09:10


Qazaxıstanın Çimkənd şəhərində yunan-Roma güləşi üzrə beynəlxalq turnir start götürüb.

Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, akademik Mərdan Saparbayevin xatirəsinə keçirilən ənənəvi yarışda məşqçi Akif Əliyevin rəhbərliyi altında U-20 milli komandamızın bir neçə üzvü iştirak edir.

Dünən onlardan biri Kamran Rəcəbli (72 kq) fəxri kürsüyə qalxıb. O, bürünc medal qazanıb.

Qeyd edək ki, turnirdə Rusiya, Özbəkistan, Qırğızıstan, Tacikistan və Çin güləşçiləri də mübarizə aparır.

Şəffaflıq.az


Geri qayıt