Əsas Səhifə > FUTBOL > Azərbaycan millisi UEFA İnkişaf Turnirində növbəti matçına çıxıb

Azərbaycan millisi UEFA İnkişaf Turnirində növbəti matçına çıxıb


Dünən, 22:04


15 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Belarusun paytaxtı Minskdə təşkil olunan UEFA İnkişaf Turnirində üçüncü – sonuncu oyununu keçirib.

Şəffaflıq.az  xəbər verir ki, U-15 ABFF Təlim-Məşq Mərkəzində Qazaxıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə üz-üzə gəlib.

Görüş Qazaxıstan komandasının 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, millimiz turnir çərçivəsində daha əvvəl Belarus (1:2) və Rusiya (1:3) yığmaları ilə qarşılaşıb.


Geri qayıt