Əsas Səhifə > İnfrastruktur > “Azərbaycan Dəmir Yolları” yük əməliyyatlarının müddətini 20 dəqiqəyə endirib
“Azərbaycan Dəmir Yolları” yük əməliyyatlarının müddətini 20 dəqiqəyə endirib4-10-2024, 16:22 |
“Azərbaycan Dəmir Yolları” (ADY )QSC rəqəmsal həllərlə saatlarla davam edən yük əməliyyatlarının müddətini 20 dəqiqəyə endirib. Şəffaflıq.az xəbər verir ki, bunu ADY-nin Yük daşımaları departamentinin rəisi Emil Əhmədov bildirib. O qeyd edib ki, ADY sənədlərin qeydiyyatı və rəsmiləşdirilməsi prosesini əhəmiyyətli dərəcədə optimallaşdıran elektron iş icazəsi (naryad) sistemini istifadəyə verib. Bu yenilik sayəsində məlumatların dəqiqliyi əhəmiyyətli dərəcədə artıb, xətaların sayı azalıb və sənədlərlə işi sürətləndirib. E.Əhmədovun sözlərinə görə, bu alət iş prosesinin sadələşdirilməsində və müştərilərlə qarşılıqlı əlaqənin yaxşılaşdırılmasında effektiv olduğunu sübut edib: “Yeni tətbiq olunmuş rəqəmsal naryad sistemi ADY-də saatlarla davam edən yük əməliyyatlarının müddətini 20 dəqiqəyə qədər azaldır. “ADY SMART” sistemində “Yük Əməliyyatları Xidməti” modulunda təqdim olunan bu funksionallıq müştərilərə naryadın ayrılması üçün müraciəti elektron qaydada, kağız sənədləşmə olmadan birbaşa təqdim etməyə, yük qaimələrini elektron şəkildə hazırlamağa, emal və maliyyə sənədlərini sürətlə qəbul etməyə, eləcə də sistem tərəfindən avtomatik hazırlanmış xidmət təriflərini əldə etməyə imkan verir. Avtomatlaşdırılmış naryad prosesi sayəsində müştərilər vaxta qənaət edib, sistemdəki elektron kabinetlərində naryadın ayrılma prosesinin bütün mərhələlərini və statuslarını izləyə bilərlər”. Geri qayıt |