Əsas Səhifə > SİYASƏT > Azərbaycan ilə Bəhreynin Ombudsman təsisatları arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan ilə Bəhreynin Ombudsman təsisatları arasında Anlaşma Memorandumu imzalanıb


4-10-2024, 16:12


Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) təsisatı ilə Bəhreyn Krallığının Müstəqil Ombudsman Təsisatı arasında Anlaşma Memorandumunun imzalanma mərasimi keçirilib.

Şəffaflıq.az xəbər verir ki, memorandumun əsas məqsədi qurumlar arasında insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində mövcud əlaqələrin gücləndirilməsi, birgə təlim və tədqiqatların təşkili, informasiya mübadiləsinin və qarşılıqlı maraq doğuran istiqamətlər üzrə maarifləndirmə fəaliyyətinin həyata keçirilməsi, eləcə də digər istiqamətlərdə əməkdaşlıq etməkdən ibarətdir.


Geri qayıt