Əsas Səhifə > SİYASƏT > Leyla Həsənova: Gələn il “Bakı İqlim Fəaliyyəti Həftəsi”ndə daha çox proqram nəzərdə tutulur

Leyla Həsənova: Gələn il “Bakı İqlim Fəaliyyəti Həftəsi”ndə daha çox proqram nəzərdə tutulur


4-10-2024, 12:55


Gələn il yenidən keçiriləcək “Bakı İqlim Fəaliyyəti Həftəsi”ndə (BİFH) gənc nəsil üçün daha çox proqram və startapların yaradılması nəzərdə tutulur.

“Report” xəbər verir ki, bunu COP29-un Azərbaycan üzrə gənclər iqlim çempionu Leyla Həsənova COP29 Sədrliyi, Elm və Təhsil Nazirliyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgə keçirdiyi “Davamlı gələcək: gənclərin rəhbərlik etdiyi yaşıl innovasiyalar” adlı sessiyada deyib.

O bildirib ki, BİFH Azərbaycan və gənc nəsillər üçün bir fürsətdir:

“Bu fürsətdən istifadə etsək, “yaşıl” və dayanıqlı gələcək üçün böyük addımlar ata bilərik. Demək istəyirəm ki, COP29 bizim üçün noyabrda bitməyəcək. Bundan sonra Azərbaycan iqlim fəaliyyətində fəal iştirak etməlidir. Bu iştirakın təməlini biz gənclər qoya bilərik”.



Geri qayıt