Əsas Səhifə > REGİON > İranın XİN başçısı Livanda səfərdədir

İranın XİN başçısı Livanda səfərdədir


4-10-2024, 11:29


İranın xarici işlər naziri Abbas Ərakçi Livan hakimiyyəti ilə danışıqlar aparmaq üçün bu ölkədə səfərdədir.

Şəffaflıq.az TASS-a istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmayıl Baqai "X" səhifəsində bildirib.

O qeyd edib ki, Abbas Ərakçinin başçılıq etdiyi nümayəndə heyətinə İran parlamentinin iki deputatı və Qızıl Aypara Cəmiyyətinin başçısı daxildir.


Geri qayıt