Əsas Səhifə > REGİON > Elman Paşayevə qarşı xüsusilə külli miqdarda dələduzluq ittihamı irəli sürülüb
Elman Paşayevə qarşı xüsusilə külli miqdarda dələduzluq ittihamı irəli sürülüb4-10-2024, 10:55 |
Rusiyada müstəntiqlər araşdırılan cinayət işi çərçivəsində istintaqla əməkdaşlıqdan imtina edən sabiq vəkil Elman Paşayevə xüsusilə külli miqdarda dələduzluq ittihamı irəli sürüblər. Şəffaflıq.az TASS-a istinadən xəbər verir ki, keçmiş vəkilin işi üzrə üç şahid dindirilib. "Elman Paşayev Rusiya Federasiyası Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü hissəsi ilə nəzərdə tutulmuş cinayətin (xüsusilə külli miqdarda dələduzluq) törədilməsində ittiham olunub. Öz növbəsində keçmiş vəkil istintaqla əməkdaşlıqdan imtina edib", - agentliyin hüquq-mühafizə orqanlarındakı həmsöhbəti bildirib. O qeyd edib ki, təqsirləndirilən şəxsə qarşı cinayət işinin istintaqı çərçivəsində sübutların toplanması davam edir. Geri qayıt |