Əsas Səhifə > Maraqlı > Dünyanın ən qorxulu yerləri - FOTO

Dünyanın ən qorxulu yerləri - FOTO


19-12-2019, 00:01
 Dünyanın gözəl, görməli, səfalı və heyrətamiz yerləri ilə yanaşı qorxulu məkanları da mövcuddur.
Şəffaflıq.az baku.ws-ə istinadən xəbər verir ki, müxtəlif ölkələrdə yerləşən qorxulu yerlərə yalnız cəsur insanlar səfərlər edirlər.
Beelitz-Heilstatten Xəstəxanası, Beelitz, Almaniya
Birinci Dünya müharibəsi illərində istifadəyə verilən xəstəxana bir zamanlar vərəm xəstəxanası kimi istifadə olunurdu.
Böyük Mavi çuxur, Beliz
Mərkəzi Amerikadakı Beliz yaxınlığındakı çuxurun diametri 300 metr, dərinliyi isə 125 metrdir.
Capuchin yeraltı məzarları, Palermo, İtaliya
İtaliyadakı bu qəbiristanlıq ən qorxunc qəbiristanlıqlar arasında birinci yerdədir.
Cəhənnəm qapısı, Ahal, Türkmənistan
1971-ci ildən bəri sönməyən atəş.
Gomantong mağaraları, Borneo, Malayziya
Bu mağaralarda 2 milyon yarasa yaşayır.
Xaç təpəsi, Litva
14-cü əsrdən bəri qurulan bu təpə Sovet ordusu tərəfindən üç dəfə dağıdılmış, lakin yenidən qurulmuşdur.
Haw Par Willa, Sinqapur
Təxminən 80 ildir açıq olan bu əyləncə parkında 1000-dən çox heykəl var.
Şimali Yungas Yolu, Boliviya
Uzunluğu 61 km olan bu yol çox yüksək olduğuna görə təhlükəli yerdədir.
Nagoro, Yaponiya
Kuklalar kəndində ölən şəxslər üçün kukla hazırlanır və ümumilikdə 350 kukla var.
Pripyat, Ukrayna
Çernobıl fəlakəti zamanı boşaldılmış bir ərazisi olan Pripyat.
Sagada, Filippin
Filippinin Sagada bölgəsində xurafatlar səbəbindən asılmış tabutlar.
Christ of the Abyss, San Furuttuoso, İtaliya
Teylor buzlaqı, Antarktida
Mineralların qırmızı rəng verdiyi şəlalə olduqca qorxunc görünür.
Veijö Rönkkönen Heykəltəraşlıq bağı, Parikkala, Finlandiya
Veijö Rönkkönen adlı sənətçi 2010-cu ildə ölümünə qədər əsərlərini gizlədib. Ölümündən sonra əsərlərini görənlər heyrətə gəlib.
İlan adası, Sao Paolo, Braziliya
Hər kvadratmetrində 3-4 ilan olan təhlükəli ada.
Geri qayıt