Əsas Səhifə > SİYASƏT > Biləsuvarın icra başçısı BMT-nin merlər forumunda iştirak edib

Biləsuvarın icra başçısı BMT-nin merlər forumunda iştirak edib


2-10-2024, 15:23


Biləsuvar rayon icra hakimiyyətinin başçısı Faiq Qürbətov 30 sentyabr - 1 oktyabr tarixlərində İsveçrənin Cenevrə şəhərində keçirilən BMT-nin Merlərin Forumu - Gələcəyin Şəhərlər Sammitində iştirak edib.

Şəffaflıq.az-ın məlumatına görə, F.Qürbətov sammitin ümumi iclaslarında iştirakdan əlavə, BMT-nin Avropa İqtisadi Komissiyasının (UNECE) icraçı katibi xanım Tatyana Molcean, BMT-nin Cenevrə bölməsinin (UNOG) Baş direktoru ofisinin rəhbəri xanım Lidiya Qriqoreva, BMT-nin Cenevrə ofisindəki Azərbaycan Respublikasının Daimi Nümayəndəsi Qalib İsrafilov və digər şəxslərlə görüşlər keçirib.


Geri qayıt