Əsas Səhifə > SOSİAL MÜDAFİƏ > Minimum əməkhaqqı və pensiyanın artırılması ilə bağlı təkliflər hazırlanıb
Minimum əməkhaqqı və pensiyanın artırılması ilə bağlı təkliflər hazırlanıb1-10-2024, 15:00 |
Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq gələn ildən ölkə üzrə minimum əməkhaqqının və minimum pensiyanın artırılması təmin ediləcək. “Report”un məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev nazirlikdə keçirilən kollegiya iclasında bildirib. Nazir qeyd edib ki, qeyri-dövlət pensiya fondlarının yaradılması ilə bağlı 20-dən çox normativ hüquqi akt layihəsi hazırlanıb. Hazırda 52 növ müavinət və təqaüdün proaktiv qaydada təyin olunduğu, sosial ödənişlərin proaktiv təyinatı mexanizminin əhatəliliyinin artırılması istiqamətində işlərin davam etdirildiyi bildirilib. Nazirlik tərəfindən həqiqi hərbi xidmətə çağırılan vətəndaşların yekun tibbi müayinəsi prosesinin rəqəmsal həllərin tətbiqi ilə həyata keçirildiyi vurğulanıb. Xatırladaq ki, VII çağırış Milli Məclisin ilk iclasında çıxış edən Prezident İlham Əliyev gələn ildən minimum əməkhaqqı və minimum pensiyanın yenə də artırılması ilə bağlı göstəriş verildiyini bildirib. Geri qayıt |