Əsas Səhifə > SİYASƏT > Seçki Məcəlləsinə deputatlığa namizədin seçki günü məntəqələrə daxil olmasını qadağan edən dəyişiklik təklif edilib
Seçki Məcəlləsinə deputatlığa namizədin seçki günü məntəqələrə daxil olmasını qadağan edən dəyişiklik təklif edilib30-09-2024, 14:00 |
Seçki Məcəlləsinə deputatlığa namizədlərin seçki günü məntəqələrə daxil olmasını qadağan edən dəyişikliyin olunması təklif edilib. Şəffaflıq.az-ın məlumatına görə, bu təkliflə deputat Aydın Mirzəzadə VII çağırış parlamentin payız sessiyasının sentyabrın 30-da keçirilən ilk plenar iclasında çıxış edib. O, bu təklifini namizədlərin səsvermə zamanı bir çox qayda pozuntusuna yol verməkləri ilə əlaqələndirib. “Seçki günü müşahidə etdik ki, bəzi namizədlər seçki məntəqələrində əvvəlcədən oturacaqlarını belə qoyub. Eyni zamanda, xuliqanlıq edən, rəqib namizədə qarşı zorakılıq edən, hətta məntəqə komissiyasının üzvlərini təhqir edənlər olub. Bu kimi hallar qəti yolverilməzdir”, - A.Mirzəzadə əlavə edib. Geri qayıt |