Əsas Səhifə > SİYASƏT > QHT sədri milli-mənəvi dəyərlərin tədqiqatı mərkəzinin yaradılmasını təklif edib

QHT sədri milli-mənəvi dəyərlərin tədqiqatı mərkəzinin yaradılmasını təklif edib


30-09-2024, 10:34


Milli-mənəvi dəyərlərin tədqiqatı mərkəzi yaradılmalıdır.

Şəffaflıq.az xəbər verir ki, bunu Konstitusiya Araşdırmaları Fondunun sədri Əliməmməd Nuriyev sentyabrın 30-da Bakıda "Vətəndaş cəmiyyəti milli-mənəvi dəyərlərə yönəlmiş ideoloji hücumlara qarşı" mübarizə mövzusunda keçirilən dəyirmi masada deyib.

Onun sözlərinə görə, belə bir qurum milli kimliyin qorunmasında mühüm rol oynaya bilər: "Biz ideoloji hücumlara qarşı sipər yaratmalıyıq".

Ə.Nuriyev bildirib ki, milli-mənəvi dəyərlərin təbliği ilə bağlı startaplara, animasiya filmlərinə ehtiyac var.


Geri qayıt