Əsas Səhifə > SİYASƏT > Azərbaycan BMT-nin Bioloji Müxtəliflik haqqında Konvensiyasının Tərəflər Konfransına ev sahibliyi üçün müraciət edib
Azərbaycan BMT-nin Bioloji Müxtəliflik haqqında Konvensiyasının Tərəflər Konfransına ev sahibliyi üçün müraciət edib30-09-2024, 10:29 |
Azərbaycanın 2026-cı ildə BMT-nin Bioloji Müxtəliflik haqqında Konvensiyasının növbəti, sayca 17-ci Tərəflər Konfransına ev sahibliyi etmək üçün müraciət edib. Şəffaflıq.az xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən olunmuş prezidenti Muxtar Babayev "Bakı İqlim Fəaliyyəti Həftəsi"ndə deyib. O bildirib ki, 3 həftə sonra Kolumbiyanın Kali şəhərində BMT-nin Bioloji Müxtəliflik haqqında Konvensiyasının 16-cı Tərəflər Konfransının keçirilməsi nəzərdə tutulur: "Bu platformadan istifadə edərək bildirmək istəyirəm ki, Azərbaycanın 2026-cı ildə BMT-nin Bioloji Müxtəliflik haqqında Konvensiyasının növbəti, sayca 17-ci Tərəflər Konfransına ev sahibliyi etməsi üçün namizədliyi irəli sürülüb. Ev sahibliyi ilə bağlı yekun qərar gələn ayın sonunda Kali şəhərindəki tədbir zamanı qəbul ediləcək". Geri qayıt |