Əsas Səhifə > MANŞET / Cəmiyyət > Şamaxıda 27 sentyabr Vətən Müharibəsi Şəhidi Rza Məmmədov Əsgər oğlunun il dönümü keçirilib.
Şamaxıda 27 sentyabr Vətən Müharibəsi Şəhidi Rza Məmmədov Əsgər oğlunun il dönümü keçirilib.28-09-2024, 01:08 |
Rza Məmmədov Əsgər oğlu 23.01.2001-ci ildə Şamaxı rayon Göylər kəndində anadan olmuşdur. O, 2007-2018-ci illərdə yaşadığı Göylər kənd 2 saylı tam orta məktəbdə təhsil almışdır. Bu müddətdə həm də Şamaxı rayon İncəsənət Təhsili Mərkəzində səs üzrə (xanəndə) təhsil almışdır. Şəffaflıq.az-ın məlumatına görə, Rza iki bacının bir qardaşı idi. Çox mehriban, səmimi, gülərüz, şirindil bir insan idi. Rza 07.01.2020-ci ildə geri dönmək arzusu ilə həqiqi hərbi xidmətə yola düşür. O, danışıqlarında ailəsindən və sevdiklərindən darıxdığını, hər şeyin yaxşı olduğunu bildirirdi. Son danışığı şəhid olmazdan üç gün əvvəl olub. Danışarkən hər şeyin yaxşı olacağını bildirib. Böyük bacısıyla danışarkən atasını, anasını, balaca bacısını və evlərini ona əmanət edib. Bacısına dediyi bu sözləri və ürəyindəki bütün sözləri məktubunda da öz bacısına yazıb. Bacısına yazdığı məktubu tam olaraq yazsa da, valideynlərinə yazdığı məktubu yarımçıq qalıb. Rza 27 sentyabrda Füzuli istiqamətində gedən əks-hücum əməliyyatları nəticəsində elə səhər saatlarında təxminən 6:30 radələrində 44 günlük Vətən müharibəsində Azərbaycanın ilk şəhidi olaraq tarix yazmışdır. Rza Vətənə bağlı oğlan idi. Bu bağlılıq ona bəlkə də atasından keçmişdi. Çünki Rzanın atası birinci Qarabağ müharibəsində iştirak etmiş və yaralanmışdır. Rza 28 sentyabr yaşadığı Göylər kəndində torpağa tapşırılmışdır. Təltifləri: «Vətən uğrunda» medalı, «Cəsur döyüşçü» medalı, «Füzulinin azad olunmasına görə» medalı, «Hərbi xidmətlərə görə» medalı Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rza Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Rza Məmmədov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Rza Məmmədov ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi. Şəhid Məmmədov həmçinin "Cəsur döyüşçü" medalı ilə də təltif edilib. Geri qayıt |