Əsas Səhifə > SİYASƏT > Azərbaycan Pakistanla investisiya imkanlarını genişləndirməyi müzakirə edib
Azərbaycan Pakistanla investisiya imkanlarını genişləndirməyi müzakirə edib27-09-2024, 14:59 |
Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov bu ölkənin ədliyyə naziri Əzəm Nazir Tatar ilə iki ölkə arasında investisiya imkanlarının genişləndirilməsini müzakirə edib. Şəffaflıq.az xəbər verir ki, bu barədə Pakistan tərəfinin "X" sosial şəbəkəsindəki hesabında məlumat verilib. “Nazirlə Azərbaycanın səfiri arasında məhsuldar görüş olub. Əlaqələrin möhkəmləndirilməsi, hüquqi əməkdaşlıq və investisiya imkanlarının genişləndirilməsi məsələləri müzakirə edilib”, - paylaşımda bildirilib. Geri qayıt |