Əsas Səhifə > Hadisə > Xətai rayonunda güclü yanğın başlayıb, əraziyə FHN-in qüvvələri cəlb olunub

Xətai rayonunda güclü yanğın başlayıb, əraziyə FHN-in qüvvələri cəlb olunub


Dünən, 14:11


Bakının Xətai rayonu, Süleyman Əhmədov küçəsində yanğın başlayıb.

Şəffaflıq.az xəbər verir ki, yanğın nəticəsində ətrafı qara tüstü bürüyüb.

Daxili İşlər Nazirliyindən bildirilib ki, yanğın səbəbindən 8 Noyabr prospektindən qeyd olunan küçə istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib: "Yanğınla əlaqədar polis əməkdaşları hadisə yerinə cəlb edilib. Polis əməkdaşları ərazini mühafizə edərək təhlükəsizlik tədbirləri görür".


Geri qayıt