Əsas Səhifə > Dünya > Kibertəhlükəsizlik sahəsində işləyən mütəxəssislər 2020-ci ildə istifadəçiləri kiberməkanda gözləyən təhdidlərin əsas kateqoriyalarını açıqlayıblar.

Kibertəhlükəsizlik sahəsində işləyən mütəxəssislər 2020-ci ildə istifadəçiləri kiberməkanda gözləyən təhdidlərin əsas kateqoriyalarını açıqlayıblar.


17-12-2019, 07:41

Kibertəhlükəsizlik sahəsində işləyən mütəxəssislər 2020-ci ildə istifadəçiləri kiberməkanda gözləyən təhdidlərin əsas kateqoriyalarını açıqlayıblar. Bu haqda "Avast" şirkətinin mətbuat xidmətindən məlumat verilib.
Şəffaflıq.az ictnews.az-a istinadən bildirir ki, mütəxəssislərin sözlərinə görə, gələcəkdə cinayətkarlar qurğulara müdaxilə etmək üçün yeni mürəkkəb üsullar axtarıb tapacaqlar. Gələcəyin ən ehtimal edilən problemləri arasında casusluq, poçt oğurluğu, təhlükəli e-poçt göndərmələri və uzaq məsafədən müdaxiləyə imkan verən boşluqlardan istifadəni qeyd etmək olar.
"Apple"ın istehsalı olan qurğularda boşluqlar internetdə ikinci trend olacaq. Həm hakerlər, həm də tədqiqatçılar sözügedən qurğularda boşluqların axtarışı ilə fəal məşğul olurlar. Bundan başqa, hakerlər "iOS" və "Android" üçün saxta və ya təhlükəli proqramlara, ödənişli abunələrə və reklam proqramlarına böyük önəm verirlər.
Həmçinin 2020-ci ildə bir çox hücumların hədəfi "ağıllı" qurğular olacaq. Belə cihazların sayı günbəgün artır, ancaq istifadəçilər hələ də onlardan təhlükəsiz istifadə etməyi öyrənməyib.
Şəffaflıq.az
Geri qayıt