Əsas Səhifə > SİYASƏT > Ceyhun Bayramov mərakeşli həmkarını regiondakı vəziyyət barədə məlumatlandırıb

Ceyhun Bayramov mərakeşli həmkarını regiondakı vəziyyət barədə məlumatlandırıb


27-09-2024, 12:42


Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində Mərakeş Krallığının xarici işlər naziri Nasser Bourita ilə görüşüb.

Şəffaflıq.az xəbər verir ki, bu barədə nazirliyin "X" hesabında paylaşım edilib.

Qeyd edilib ki, tərəflər ümumi maraq doğuran regional və beynəlxalq təhlükəsizlik məsələlərini, həmçinin ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyindəki məsələləri müzakirə ediblər.

C.Bayramov həmkarına regionda münaqişədən sonrakı vəziyyət, sülh və Azərbaycanın yenidənqurma səyləri barədə də məlumat verib.


Geri qayıt