Əsas Səhifə > Hadisə > Bakıda 17 yaşlı motosikletçi yol qəzasında xəsarət alıb

Bakıda 17 yaşlı motosikletçi yol qəzasında xəsarət alıb


Dünən, 11:04


Bakının Nəsimi rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Şəffaflıq.az-ın məlumatına görə, 2007-ci il təvəllüdlü Məmmədli Elvin Məmməd oğlunun idarə etdiyi motosiklet avtomobillə toqquşub. Nəticədə E.Məmmədli xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.


Geri qayıt