Əsas Səhifə > Hadisə > Bakıda ahıl və tənha vətəndaşların pullarını ələ keçirən Ukrayna vətəndaşları saxlanılıb
Bakıda ahıl və tənha vətəndaşların pullarını ələ keçirən Ukrayna vətəndaşları saxlanılıb26-09-2024, 15:23 |
Yaxın qohumlarının qəza törətməsi və yardım üçün təcili pul lazım olması adı altında yaşlı nəslin nümayəndələrinə ev telefonları vasitəsi ilə zənglərin edilməsi və onların pul vəsaitlərinin ələ keçirilməsi faktları üzrə polis orqanları tərəfindən əməliyyatlar davam etdirilir. Müəyyən edilib ki, saxlanılan şəxslər “Telegram” sosial şəbəkəsində əlaqə qurduqları naməlum şəxslərin onları yönləndirdiyi ünvanlara yollanaraq yaşlı nəslin nümayəndələrinin yaxın qohumlarının başına bədbəxt hadisə gəldiyini bildiriblər və pul tələb ediblər. Qeyd olunan hüquqazidd əməllər nəticəsində 6 vətəndaşa ümumilikdə 27 min 200 dollar və 25 min manat maddi ziyan dəyib. Saxlanılan şəxslər pul vəsaitlərini zərərçəkənlərdən alandan sonra sifarişçilərinin bank kartı və ya kriptovalyuta hesablarına köçürüblər. Faktlarla bağlı araşdırmalar davam etdirilir. Saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Şəffaflıq.az Geri qayıt |