Əsas Səhifə > ELM VƏ TƏHSİL > Xaricdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə növbəti imtahan keçiriləcək

Xaricdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə növbəti imtahan keçiriləcək


26-09-2024, 12:24


Xarici dövlətlərdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə oktyabrın 6-da növbəti imtahan keçiriləcək

Bildirilib ki, imtahan saat 13:00-da başlanır. İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş ərizəçilər oktyabrın 1-dən etibarən DİM-in internet saytına daxil olaraq “

İmtahana buraxılış vərəqəsi”ni çap etməlidirlər.

Qeyd edilib ki, təqdim edilən proqram üzrə ərizəçilərin ixtisas biliklərinin yoxlanılması ilə yanaşı, onların ümumpeşə biliklərinin müəyyən edilməsi, məntiqi düşünmə və situasiya-mühakimə test tapşırıqları vasitəsilə davranış səriştələrinin qiymətləndirilməsi də nəzərdə tutulur.

Şəffaflıq.az


Geri qayıt