Əsas Səhifə > MALİYYƏ > QHT-lərə Dövlət Dəstəyi Agentliyi maliyyələşdirdiyi layihələrin sayını açıqlayıb
QHT-lərə Dövlət Dəstəyi Agentliyi maliyyələşdirdiyi layihələrin sayını açıqlayıb26-09-2024, 10:52 |
Bu günə qədər Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Agentliyi 1 806 layihəyə maliyyə dəstəyi göstərib ki, bunun da 1 582-si kiçik qrant müsabiqəsi çərçivəsində olub. Şəffaflıq.az xəbər verir ki, bunu Agentliyin icraçı direktoru Aygün Əliyeva İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin təşkilatçılığı ilə Bakıda keçirilən karbon qiymətləndirilməsi üzrə beynəlxalq konfransda bildirib. Onun sözlərinə görə, layihələrin 405-i sağlam həyat tərzi və təmiz ətraf mühit mövzusunda olub: “Təkcə bu il Agentlik bu mövzuda 194 QHT layihəsinə maliyyə dəstəyi göstərib. Bütün layihələrin qəbulu elektron xidmət üzərindən həyata keçirilir". A.Əliyeva qeyd edib ki, rəhbərlik etdiyi qurum fəaliyyət göstərdiyi 3 il ərzində müxtəlif tədbirlər, inkişaf və mübadilə proqramları həyata keçirib: "Ümumilikdə 5 mindən çox QHT nümayəndəsi bu tədbirlərdə iştirak edib. Bizim üçün beynəlxalq təcrübənin öyrənilməsi vacibdir və bu istiqamətdə agentlik maraqlı tərəflərə hər zaman dəstək verməyə hazırdır". Geri qayıt |