Əsas Səhifə > İnfrastruktur > Gəmilərin sıravi heyət üzvlərinə sertifikatlar “Bakı KOB evi”ndə veriləcək
Gəmilərin sıravi heyət üzvlərinə sertifikatlar “Bakı KOB evi”ndə veriləcək26-09-2024, 09:57 |
Sentyabrın 30-dan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) yanında Dövlət Dəniz və Liman Agentliyinin gəmilərin sıravi heyət üzvlərinə təqdim etdiyi sertifikatlar (diplomlar) İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) məxsus “Bakı KOB evi”ndə veriləcək. Şəffaflıq.az bu barədə RİNN-ə istinadən xəbər verir. Məlumata görə, bu prosesə gəmilərin sıravi heyət üzvlərinə sertifikatların (diplomların) ilk dəfə verilməsi, həmçinin yenilənməsi üzrə sənəd qəbulu və hazır sənədlərin verilməsi daxildir. Bunun üçün şəxsiyyəti təsdiq edən sənəd, ixtisas diplomu, sertifikat (diplom,əgər varsa), uyğunluq haqqına şəhadətnamə verilmiş tibb müəssisəsinin təqdim etdiyi dənizçinin tibb sertifikatı, tələb olunan xüsusi hazırlıq şəhadətnamələri, ümumvətəndaş pasportu (ehtiyac olarsa), dövlət rüsumunun ödənildiyini təsdiq edən sənəd (qəbz), üzmə haqqında arayış və ya təcrübə jurnalı, 3x4 sm ölçüdə, ağ fonda rəngli fotoşəkil (2 ədəd) tələb olunur. Qəbul olunmuş sənədlər əsasında sertifikatlar (diplomlar) beş iş günü müddətində hazırlanaraq təhvil veriləcək. Dənizçilərə təqdim olunan sertifikatlar (diplomlar) “Bakı KOB evi” ilə yanaşı, Agentlikdə də verilir. Növbəti mərhələdə isə bu proses yalnız “Bakı KOB evi”ndə təşkil olunacaq. Geri qayıt |