Əsas Səhifə > Hadisə > Suraxanıda avtomobillər toqquşub, 34 yaşlı kişi xəsarət alıb

Suraxanıda avtomobillər toqquşub, 34 yaşlı kişi xəsarət alıb


26-09-2024, 09:51


Bakının Suraxanı rayonunda 34 yaşlı kişi yol-nəqliyyat hadisəsi zamanı yaralanıb.

Şəffaflıq.az xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 1990-cı il təvəllüdlü Hacıyev Kamran Məsud oğlu xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.


Geri qayıt