Əsas Səhifə > Hadisə > Xətai rayonunda yük maşını aşıb, yaralanan var

Xətai rayonunda yük maşını aşıb, yaralanan var


26-09-2024, 09:46


Bakının Xətai rayonunda 62 yaşlı kişi yol qəzasında xəsarət alıb.

Şəffaflıq.az-ın məlumatına görə, 1962-ci il təvəllüdlü Hüseynov Səhrab Müseyib oğlunun idarə etdiyi yük maşını yol kənarındakı maneəyə çırpılaraq aşıb.

Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.


Geri qayıt