Əsas Səhifə > SİYASƏT > Türkiyə və Gürcüstanın Baş konsulları Gəncədə ağacəkmə aksiyasında iştirak ediblər

Türkiyə və Gürcüstanın Baş konsulları Gəncədə ağacəkmə aksiyasında iştirak ediblər


25-09-2024, 15:41


Gəncə şəhərində 27 Sentyabr - Anım Gününə həsr olunmuş ağacəkmə aksiyası keçirilib.

Şəffaflıq.az-ın məlumatına görə, Gəncə Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycanın ərazi bütövlüyü uğrunda canını qurban vermiş Vətən müharibəsi şəhidlərinin anım günü ilə əlaqədar ağacəkmə aksiyası baş tutub.

Gəncə Şəhər Ekoloji Park Kompleksinin ərazisində keçirilən aksiyada Gəncə şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Rəcəb Öztop, Gürcüstanın Gəncədəki Baş konsulu Qaxaber Abdaladze, şəhər rəsmiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Aksiya zamanı simvolik olaraq 44 ədəd Eldar şamı əkilib, onlara aqrotexniki qulluq göstərilib, suvarılması təmin edilib.

Qeyd edilib ki, Anım Gününə həsr olunmuş ağacəkmə aksiyasının məqsədi həmçinin ətraf mühitin qorunmasına, ekoloji tarazlığın bərpasına kömək etmək və təbiətə töhfə verməkdir.


Geri qayıt