Əsas Səhifə > XARİCİ XƏBƏR > Azərbaycan və Ermənistan parlamentlərinin sədrlərinin növbəti görüşü keçiriləcək
Azərbaycan və Ermənistan parlamentlərinin sədrlərinin növbəti görüşü keçiriləcək24-09-2024, 23:25 |
Oktyabr ayında Cenevrədə Parlamentlərarası İttifaqın 149-cu Assambleyası çərçivəsində Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Sahibə Qafarova və Alen Simonyan arasında növbəti görüş keçiriləcək. Şəffaflıq.az-ın xəbərinə görə, bunu Parlamentlərarası İttifaqın mətbuat katibi Tomas Fitzsimons bildirib. Qeyd edilib ki, görüşdə regionda sülh səyləri müzakirə olunacaq. Tomas Fitzsimons deyib ki, Parlamentlərarası İttifaqın 149-cu Assambleyası 13-17 oktyabr tarixlərində keçiriləcək. Onun sözlərinə görə, Azərbaycan və Ermənistan parlamentlərinin sədrlərinin dəqiq görüş tarixi hələ məlum deyil. Ermənistan parlamentinin mətbuat katibi Movses Arutyunyan da məlumatı təsdiqləyib. Geri qayıt |