Əsas Səhifə > Hadisə > DİN Pentensiar Xidmətlə birgə əməliyyat keçirib, 1,6 kq heroin götürülüb
DİN Pentensiar Xidmətlə birgə əməliyyat keçirib, 1,6 kq heroin götürülüb24-09-2024, 14:18 |
Daxili İşlər Nazirliyi və Ədliyyə Nazirliyinin Penitensiar xidməti birgə əməliyyat keçirib, 1,6 kq narkotik maddə götürülüb. Şəffaflıq.az xəbər verir ki, bu barədə Penitensiar xidmət məlumat yayıb. Bildirilib ki, əməliyyat-axtarış tədbiri nəticəsində Cahid Mikayıl oğlu Novruzova məxsus ümumi çəkisi 1 kiloqram 630 qram narkotik maddə olan heroin Xəzər rayonu, Qala qəsəbəsində aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır. Geri qayıt |