Əsas Səhifə > İnfrastruktur > AZAL, “Wizz Air” və “British Airways” Təl-Əvivə uçuşları dayandırıb
AZAL, “Wizz Air” və “British Airways” Təl-Əvivə uçuşları dayandırıb24-09-2024, 10:38 |
“Azərbaycan Hava Yolları” QSC (AZAL), eləcə də “Wizz Air” (Macarıstan) və “British Airways” şirkətləri İsrailin paytaxtı Təl-Əvivin Ben Qurion Beynəlxalq Hava Limanına uçuşları dayandırıb. Şəffaflıq.az TASS-a istinadən xəbər verir ki, bu barədə İsrail televiziyasının “12-ci kanal”ı məlumat yayıb. Məlumata görə, bu günə planlaşdırılan uçuşlar İsraillə Livanın “Hizbullah” hərəkatı arasında münaqişənin kəskinləşməsi səbəbindən ləğv edilib. Uçuşların nə vaxt bərpa ediləcəyi dəqiqləşdirilməyib. Geri qayıt |