Əsas Səhifə > DİGƏR ÖLKƏLƏR > Danimarka Ukraynaya energetika sisteminin bərpası üçün 16 milyon avro ayırıb

Danimarka Ukraynaya energetika sisteminin bərpası üçün 16 milyon avro ayırıb


24-09-2024, 09:39


Danimarka hökuməti Rusiyanın hücumları nəticəsində zədələnmiş Ukraynanın energetika sisteminə dəstək üçün 130 milyon kron (16 milyon avrodan çox) vəsait ayıracaq.

Şəffaflıq.az Danimarka KİV-ə istinadən xəbər verir ki, bu barədə Danimarkanın iqlim, energetika və kommunal xidmətlər naziri Lars Aaqaard bildirib.

Qeyd olunur ki, Danimarkanın Ukrayna energetika sisteminə dəstək üçün yeni töhfəsi bu dövlətin ən böyük töhfələrindən biridir. Bu, Ukraynanın enerji təhlükəsizliyi üzrə G7 işçi qrupu çərçivəsində keçirilən görüşdə açıqlanıb.

Qurumun məlumatına görə, Danimarkanın yardımı ölkənin Xarici İşlər Nazirliyinin proqramı çərçivəsində maliyyələşdirilir və digər məsələlərlə yanaşı, təcili tədbirlərin həyata keçirilməsinə, təchizat təhlükəsizliyinin bərpasına dəstək üçün avadanlıq və ehtiyat hissələrin alınmasına töhfə verəcək.

Xatırladaq ki, Ukrayna apreldə Danimarka ilə yenidənqurma və energetika infrastrukturuna dəstək üçün 400 milyon avro dəyərində memorandum imzalayıb.


Geri qayıt