Əsas Səhifə > ELM VƏ TƏHSİL > Ceyhun Bayramov: "Bakalavr və magistratura təhsili arasında təkrarçılığa yol verilməməlidir"
Ceyhun Bayramov: "Bakalavr və magistratura təhsili arasında təkrarçılığa yol verilməməlidir"16-12-2019, 18:04 |
"Report" xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov deyib. Onun sözlərinə görə, magistraturada məzmuna yenidən baxılmalıdır: "Bakalavr pilləsindəki bir sıra fənlərin yenidən magistratura təhsilində keçirilməyinə yol verilməməlidir. Əvəzində magistratura təhsilinin məzmununa uyğun fənlərin və fənlər daxilində də məzmunun yenilənməsinə xüsusi diqqət yetirməliyik". Geri qayıt |