Əsas Səhifə > Hadisə > Bakıda yol qəzasında 1 yaşlı körpə xəsarət alıb
Bakıda yol qəzasında 1 yaşlı körpə xəsarət alıb24-09-2024, 09:33 |
Bakının Xətai rayonunda azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Şəffaflıq.az-ın məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində sərnişin, 2023-cü il təvəllüdlü S.Abdullayeva xəsarət alıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Hadisənin təfərrüatı araşdırılır. Geri qayıt |