Əsas Səhifə > HƏRBİ > Qazaxıstanın müdafiə naziri Azərbaycanda səfərdədir

Qazaxıstanın müdafiə naziri Azərbaycanda səfərdədir


23-09-2024, 20:35


Müdafiə naziri general-polkovnik Zakir Həsənovun dəvəti ilə Qazaxıstan Respublikasının müdafiə naziri general-polkovnik Ruslan Jaksılıkov sentyabrın 23-də Azərbaycana səfər edib.

Bu barədə Azərbaycanın Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, qazaxıstanlı nazir "ADEX" 5-ci Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edəcək. Səfər çərçivəsində ölkələr arasında hərbi əməkdaşlıq, regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran bir sıra digər məsələlərin müzakirəsi planlaşdırılıb.

Şəffaflıq.az


Geri qayıt