Əsas Səhifə > REGİON > Qazaxıstan Xarici Kəşfiyyat Xidmətinə yeni rəhbər təyin edilib

Qazaxıstan Xarici Kəşfiyyat Xidmətinə yeni rəhbər təyin edilib


23-09-2024, 16:28


Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Milli Təhlükəsizlik Komitəsi (MTK) yanında Xarici Kəşfiyyat Xidmətinə yeni direktor təyin edib.

Şəffaflıq.az xəbər verir ki, bu barədə Akorda (Prezident Administrasiyası) məlumat yayıb.

Məlumata görə, Tokayev Milli Təhlükəsizlik Komitəsi sədrinə iki müavin də təyin edib - Marat Jumabayev və Almas Naymantayev.

M.Jumabayev eyni zamanda Qazaxıstan Xarici Kəşfiyyat Xidmətinin direktoru vəzifəsinə də təyin edilib.


Geri qayıt