Əsas Səhifə > SOSİAL MÜDAFİƏ > Gələn ildən minimum əməkhaqqı və minimum pensiya artırılacaq

Gələn ildən minimum əməkhaqqı və minimum pensiya artırılacaq


23-09-2024, 14:05


İqtisadi sahədə bu ilin göstəriciləri, hesab edirəm ki, müsbətdir. Səkkiz ayda iqtisadiyyat 4 faizdən çox artıb. Qeyri-neft sektorunda 7 faiz olub.

Şəffaflıq.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışında söyləyib.

Son beş il ərzində Azərbaycanda minimum əməkhaqqının 2,7 dəfə, minimum pensiyanın 2,5 dəfə artdığını deyən dövlət başçısı qeyd edib: “Onu da bildirməliyəm ki, artıq göstəriş verildi ki, gələn ildən minimum əməkhaqqı və minimum pensiya yenə də artırılacaq”.


Geri qayıt