Əsas Səhifə > Hadisə > Şamaxıda 4 yaşlı uşaq yol qəzasında xəsarət alıb
Şamaxıda 4 yaşlı uşaq yol qəzasında xəsarət alıb23-09-2024, 09:28 |
Şamaxı rayonunda azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Şəffaflıq.az-ın məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində sərnişin 2020-ci il təvəllüdlü A.N. xəsarət alıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə Bakıda yerləşən xəstəxanaların birinə gətirilib və həkim nəzarətinə götürülüb. Hadisənin təfərrüatı araşdırılır. Geri qayıt |