Əsas Səhifə > Hadisə > Kürdəmirdə ağır yol qəzası olub, nənə və onun nəvəsi xəsarət alıb

Kürdəmirdə ağır yol qəzası olub, nənə və onun nəvəsi xəsarət alıb


23-09-2024, 09:26


Kürdəmir rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Şəffaflıq.az-ın məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində sərnişinlər 46 yaşlı Musayeva Məlahət Bilal qızı və onun 6 yaşlı nəvəsi A.Z. xəsarət alıblar.

Yaralılar təcili tibbi yardımın köməkliyi ilə Bakıda yerləşən xəstəxanaların birinə gətiriliblər. Müayinə zamanı M.Musayevaya müştərək travma və azyaşlıya isə açıq kəllə-beyin travması diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.


Geri qayıt