Əsas Səhifə > REGİON > İranın Şimali Xorasan əyalətində gün ərzində 3-cü zəlzələ baş verib.

İranın Şimali Xorasan əyalətində gün ərzində 3-cü zəlzələ baş verib.


23-09-2024, 00:30


İranın Şimali Xorasan əyalətində gün ərzində 3-cü zəlzələ baş verib.

Şəffaflıq.az  xəbər verir ki, bu dəfə zəlzələ 5,2 bal gücündə olub.

Qeyd olunur ki, yeraltı təkanlar Bocnurd şəhəri yaxınlığında, yerli vaxtla saat 16:13-də, 8 km dərinlikdə qeydə alınıb.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Xatırladaq ki, bu gün səhər saatlarında İranın Şimali Xorasan əyalətinin Bocnurd şəhərində 4,7 və 4,1 bal gücündə iki zəlzələ baş vermişdi.


Geri qayıt