Əsas Səhifə > İdman > Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan yığmaları bu gün növbəti görüşlərini keçirəcək

Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan yığmaları bu gün növbəti görüşlərini keçirəcək


22-09-2024, 10:12


Azərbaycanın kişilərdən və qadınlardan ibarət milliləri Macarıstanın paytaxtı Budapeştdə təşkil olunan 45-ciÜmumdünya Şahmat Olimpiadasında bu gün növbəti görüşlərini keçirəcəklər.

Şəffaflıq.az-ın məlumatına görə, kişilərdən ibarət kollektiv XI turda Braziliya ilə üz-üzə gələcək.

Yığma daha əvvəl Monteneqro (3:1), İordaniya (3,5:0,5), Finlandiya (3,5:0,5), Moldova (3:1) Qazaxıstan (3:1) və Kubanı (3:1) məğlub edib, Hindistan (1:3) ilə Litvaya (1,5:2,5) uduzub, İtaliya (2:2) və Yunanıstanla (2:2) isə heç-heçəyə razılaşıb.

Qadınlardan ibarət kollektiv IX turda Hindistanın müqavimətini qırmağa çalışacaq.

Yığma Sloveniya (3:1), Nikaraqua (4:0), Avstraliya (3:1), Vyetnam (2,5:1,5), İsveçrə (4:0) və Monqolustandan (2,5:1,5) üstün olub, Argentina, Ukrayna və İtaliya ilə heç-heçə edib (2:2), Qazaxıstana isə yenilib - 1:3.


Geri qayıt