Əsas Səhifə > DİGƏR ÖLKƏLƏR > İsrail Qəzza ilə bağlı “B planı”nı ABŞ-yə təhvil verib

İsrail Qəzza ilə bağlı “B planı”nı ABŞ-yə təhvil verib


19-09-2024, 15:55


İsrail ABŞ-yə Qəzza zolağında HƏMAS Siyasi Bürosunun rəhbəri Yəhya Sinvar və köməkçilərinin anklavdan təhlükəsiz keçidinə imkan verən yeni atəşkəs təkliflərini təqdim edib.

Şəffaflıq.az xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.

Eyni zamanda məlum olub ki, İsrail HƏMAS-ın əlində olan bütün girovları dərhal buraxmasını və İsraildəki fələstinli məhbusları azad etməsini istəyir.

Bundan əlavə, layihə Qəzza sektorunda döyüş əməliyyatlarının dayandırılmasını və anklavın demilitarizasiyasını, həmçinin sektorda yeni idarəetmə sisteminin yaradılmasını nəzərdə tutur. Lakin bu təşəbbüslərin təfərrüatları barədə məlumat verilmir.

Məlumata görə, bu təklif ötən həftə Ağ Ev və Dövlət Departamentinin əməkdaşlarına təqdim edilib. Layihə "B planı" adlandırılıb.


Geri qayıt