Əsas Səhifə > DİGƏR ÖLKƏLƏR > İsrailin şimalı Livandan yeni hücumlara məruz qalıb

İsrailin şimalı Livandan yeni hücumlara məruz qalıb


19-09-2024, 09:25


İsrailin bir sıra şimal bölgələri yenidən Livanın cənubundan atəşə tutulub.

Şəffaflıq.az xəbər verir ki, bu barədə Ordunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Yuxarı Qalileyə doğru təxminən 20 mərmi atılıb, onlardan bir neçəsi vurulub. Mərmilərdən biri Tel-Hay qəsəbəsi ərazisinə düşüb. Mərminin düşdüyü yerdə yanğın başlayıb, əraziyə yanğınsöndürənlər cəlb olunub.

Zərərçəkənlər barədə məlumat verilmir. Bundan əlavə, gün ərzində Livandan İsrailin şimalındakı Hermon dağına doğru təxminən 10 mərmi atılıb. Mərmilər boş əraziyə düşüblər, xəsarət alan yoxdur.


Geri qayıt