Əsas Səhifə > SİYASƏT > Türkiyə kəşfiyyatının rəhbəri: Azərbaycanla Ermənistan arasında sülh Zəngəzur dəhlizinin açılmasını təmin edəcək
Türkiyə kəşfiyyatının rəhbəri: Azərbaycanla Ermənistan arasında sülh Zəngəzur dəhlizinin açılmasını təmin edəcək17-09-2024, 13:13 |
Ermənistanla Azərbaycan arasında yekun sülh sazişinin imzalanması Cənubi Qafqazda sülh və sabitliyin təmin olunması baxımından vacibdir. Şəffaflıq.az “Anadolu”ya istinadən xəbər verir ki, bunu Türkiyə Milli Kəşfiyyat İdarəsinin (MİT) rəhbəri İbrahim Kalın Bakı Təhlükəsizlik Konfransında çıxışı zamanı deyib. O bildirib ki, 44 günlük müharibə nəticəsində Azərbaycan Qarabağı azad edib: “İndi orada bərpa-yenidənqurma işləri görülür”. İ.Kalın vurğulayıb ki, bu sülh həm də Zəngəzur dəhlizinin açılmasını təmin edəcək: “Nəticədə region dövlətləri Azərbaycan-Ermənistan-Naxçıvan-Türkiyə-Avropa marşrutu vasitəsilə bir-biri ilə bağlanacaq”. Geri qayıt |