Əsas Səhifə > SİYASƏT > Dövlət katibi Azərbaycanla ABŞ-ın COP komandalarının yaxından əməkdaşlıq etdiklərini bildirib

Dövlət katibi Azərbaycanla ABŞ-ın COP komandalarının yaxından əməkdaşlıq etdiklərini bildirib


16-09-2024, 20:37


COP29-un uğurla keçirilməsi üçün ABŞ Azərbaycana dəstək göstərir.

Şəffaflıq.az xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Antoni Blinken Prezident İlham Əliyevlə telefon danışığı zamanı bildirib.

Dövlət katibi Azərbaycan ilə ABŞ-ın COP komandalarının və heyətlərinin yaxından əməkdaşlıq etdiklərini vurğulayıb.

Prezident İlham Əliyev bu əməkdaşlıqdan məmnunluğunu ifadə edib.


Geri qayıt